Bakıda 18 kqdan artıq narkotik məhv edildi


Digərləri 28 Mar 2019 14:59:00 199 0

Bakıda 18 kqdan artıq narkotik məhv edildi

Bakıda 18 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Qəhrəmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 41,025 qram narkotik vasitə olan heroin və 17,588 qram satış üçün hazır qablaşdırılmış formada kibrit qutularına doldurulan qurudulmuş marixuana aşkar edilərək götürülüb.