Prezident təqaüdçüsü Türkiyənin məşhur kanalında səsi ilə heyran etdi VİDEO


Şou-biznes 28 Mar 2019 14:18:00 230 0

Prezident təqaüdçüsü Türkiyənin məşhur kanalında səsi ilə heyran etdi  VİDEO

Emin Eminzadə Türkiyənin "Woman TV" kanalında sevilən "Ayrılıq" mahnısını ifa edib

Azərbaycanlı müğənni, prezident təqaüdçüsü Emin Eminzadə Türkiyənin "Woman TV" kanalında sevilən "Ayrılıq" mahnısını ifa edib.

Son.az publika.az-a istinadla xəbər verir ki, müğənni bu mahnı üzərində uzun müddət çalışdığını qeyd edib. Təkcə Azərbaycanda, Türkiyyədə başqa xarici ölkələrdə də məşhur olan "Ayrılıq" mahnısını ifaçı yeni aranjimanda təqdim edəcək. Aranjimanı bir çox türk müğənniləri ilə çalışan Sərdar Ayyildiz edib.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunana Opus müsabiqələrində iştirak edib. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.