Ukrayna XİN vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib


Digərləri 28 Mar 2019 14:09:00 196 0

Ukrayna XİN vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib

Ukrayna XİN vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qadağan edib.

Bakı. Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib. Trend-in məlumatına görə, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti qadağan olunduğu vurğulanır. Bildirilir ki, həmin ərazilərə yalnız Azərbaycanın rəsmi qurumlarının icazəsi ilə səfər etmək mümkündür. Əks halda, qanunu pozan ukraynalılar Azərbaycan üçün “persona non-qrata” elan ediləcək və ölkəyə buraxılmayacaqlar.