"Bank Respublika"nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılov oldu


Digərləri 28 Mar 2019 12:10:00 274 0

"Bank Respublika"nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılov oldu

Azərbaycanın aparıcı banklarından biri olan "Bank Respublika" ASC-nin Müşahidə Şurasının növbəti yığıncağı keçirilib.

Yığıncağda bankın İdarə Heyətinin yeni Sədri vəzifəsinə Tariyel İsmayılovun təyin edilməsi barədə qərar qəbul edilib. Tariyel İsmayılov aprel ayının 2-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

"Bank Respublika"nın inkişafında böyük əməyi olan Asəf Namazov, tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər biznes qurumunda davam edəcəkdir.