Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu (FOTO)


Digərləri 28 Mar 2019 12:06:07 158 0

Xərçəng metastazının qarşısının alınmasında nano-biomexanikanın rolu (FOTO)

Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və sosial elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar.

Bakı. Yaponiyanın Saitama Universitetinin Beynəlxalq əlaqələr və tədqiqatlar üzrə vitse-prezidenti, fiziki kimya üzrə professor Sei Nakabayaşi, humanitar və sosial elmlər məktəbinin dosenti Makato Naqasama Bakı Dövlət Universitetində olublar. Trend-in məlumatına görə, BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və səfərin universitetlərarası əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb. Görüşdə müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb, mövcud əlaqələr, ikili diplom, tələbə-müəllim mübadiləsi, elm muzeyinin yaradılması kimi məsələlər müzakirə edilib.