Bakıda qadın onu pul qazanmağa məcbur edən ərini öldürdü


Digərləri 28 Mar 2019 11:54:00 188 0

Bakıda qadın onu pul qazanmağa məcbur edən ərini öldürdü

Bakıda ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki,onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evində bıçaqlanıb. Bədənin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Rövşən Musayev xəstəxanada dünyasını dəyişib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində mərhumun həyat yoldaşı Vüsalə Orucova tərəfindən törətdildiyi məlum olub. O şübhəli şəxs qismində saxlanlıb.