14 yaşlı oğlanın avtomobillə vurulma anı:


Dünya 28 Mar 2019 10:59:00 277 0

14 yaşlı oğlanın avtomobillə vurulma anı:

14 yaşlı oğlanın avtomobillə vurulduğu anlar təhlükəsizlik kamerasına düşüb.

Son.az xəbər verir ki, görüntüləri "Metro" nəşri yayıb.

Kadrlarda yeniyetmənin avtomobil vurması nəticəsində bir neçə dəfə havada fırlanıb, yerə çırpılması əks olunub.

İbrahim Ahmed adlı oğlan dəhşətli qəzadan sağ çıxa bilib. Lakin hazırda xəstəxanada müalicə alan İbrahimin vəziyyəti ağır olaraq qalır.

Avtomobili idarə edən 20 yaşlı sürücü Məhəmməd Hüseyn saxlanılıb. O, "VW Golf" markalı avtomobili ilə polislərdən qaçarkən piyadanı vurub.


Xəbərə aid fotolar