Biznesdə konsaltinq mədəniyyəti


Digərləri 28 Mar 2019 10:51:38 200 0

Biznesdə konsaltinq mədəniyyəti

Konsaltinq biznesini inkişaf etdirmək istiyən insanlara və ya firmalara göstərilən ödənişli xidmət növüdür.

Bakı. Konsaltinq ingilis sözü olub, “consulting” məsləhət vermək deməkdir. Konsaltinq biznesini inkişaf etdirmək istiyən insanlara və ya firmalara göstərilən ödənişli xidmət növüdür. Konsaltinqin fəaliyyət sahəsi çox genişdir: əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər, marketinq və s. bura aiddir. Konsaltinq şirkəti ixtisaslaşdığı sahədə bildiklərini müştərisi ilə paylaşmalı, lakin bu zaman həmin şirkətin kofidensiallığın da qorumalı və ona qarşı dürüst olmalıdır. Azərbaycanda konsaltinq şirkətlərinə artıq xərc kimi baxılır, lakin əslində konsaltinq xidmətlərindən istifadə müəssisənin inkişaf etdirilməsi yolunda ən yaxşı üsullardan biridir. Konsaltinq şirkətlərinin hər biri öz xidmətlərini peşəkarcasına yerinə yetirsə, öz fəaliyyət sahələrində mükəmməl olsa, Azərbaycanda konsaltinqə baxış açısını dəyişmək mümkün olar.