Təhsil sahəsində effektivliyi bir neçə dəfə artıracağıq…


Digərləri 28 Mar 2019 10:15:00 221 0

Təhsil sahəsində effektivliyi bir neçə dəfə artıracağıq…

Son.az Pronet MMC-nin Məktəb və Təhsil Müəssisələrinin İdarəolunması Sisteminin layihə rəhbəri Zaur İsayevin müsahibəsini təqdim edir.

- Niyə məhz məktəb və təhsil müəssisələrinin avtomatlaşdırılması?

- Əslində, bu sual ətrafında tək bloq, məqalə, müsahibə yox, bəlkə bir neçə hissəli veriliş proqramı hazırlamaq olar. Amma qısa olaraq deyə bilərəm ki, biz Pronet MMC şirkəti olaraq hazırladığımız, yaratdığımız hər bir biznes aləti, hər bir proqram təminatı tək şirkətin maliyyə mənafeyinə yox, həmçinin ölkənin iqtisadi və sosial sektorlarındakı idarəetmə boşluqlarının aradan qaldırılması üçün nəzərdə tutulub. Elə "Məktəb və Təhsil müəssisələrinin İdarəolunması" sistemi də bu qəbildən olan layihələr sırasındadır. Bu reallığı artıq hamı bilir ki, yalnız biznes müəssisələr yox, artıq, həmçinin təhsil və mədəniyyət ocaqları da köhnə üsullarla idarə edilmədən ayrılıb, 21-ci əsr mühitinə uyğun olan bir konseptdə fəaliyyət göstərməlidir. Bunu deyəndə isə ağıla gələn ilk məsələ, əlbəttə ki, ERP - Proqram təminatıdır. Biz də çalışırıq ki, bu sahədə olan bilik və bacarıqlarımızı, zəngin təcrübəmizi, həmçinin ölkəmizin təhsil sektrounda da tətbiq edək.

- Bəs "Məktəb və Təhsil müəssisələrinin İdarəolunması" sistemi" nədir? nə verir?

- Sistem artıq 7 ildir ki, yaradılıb. Bu illər ərzində sistem həm uğurla tətbiq olunmaqla yanaşı, həm də özünü daim inkişaf etdirən innovativ, kompleks və unikal bir proqram təminatı rolunu oynayıb.

Proqram elektron jurnal, elektron gündəlik, elektron dərs cədvəli və administrativ modulları vasitəsi ilə təhsil sisteminin idarəetməsini avtomatlaşdırır. İntellektual Təhsil İdarəetmə sisteminin avtomatlaşdırılmış zəng və kütləvi xəbərdarlıq sistemi, avtomatlaşdırılmış nəzarət və qeydiyyat sistemi, mərkəzləşdirilmiş video müşahidə və təhlükəsizlik sistemi, avtomatlaşdırılmış mərkəzi saat sistemi, mərkəzləşdirilmış telefoniya sistemi, elektron kitabxana, online ödəniş, imtahanların keçirilməsi və kütləvi sms sistemi kimi modularıyla yanaşı həm də digər proqramlara inteqrasiya olma imkanı da var. Bu proqram təminatı məktəb və digər təhsil ocaqlarında qarşılıqlı əlaqələrin yaradılması, müəllim-tələbə-valideyn zəncirinin etibarlı sistem üzərində qurulmasını təşkil edir.

- Sistemin imkanlarından istifadə edən hansısa təhsil ocağı varmı?

- Bəli, əlbəttə, var. Misal olaraq, sizə bu sistemi hələ yarandığı ildən bəri 7 ildir ki, aralıqsız istifadə edən Bakı Müasir Məktəbini (Baku Modern School)  göstərə bilərik. Bu böyük təhsil kompleksi proqramın demək olar ki, bütün modullarını istifadə edir. Məktəblə bu illər ərzində keçirdiyimiz görüşlərdə həm müəllim, həm şagird, həm də valideyn heyyətinin razılıqlarını dəfələrlə eşitmişik. Elə bunun sübutudur ki, ötən il cari, 2018-2019-cu tədris illəri başlamazdan əvvəl sistemin yenilənmiş və daha da çoxfunksiyalı versiyası sözügedən bu məktəbdə istifadəyə verildi.

"Bakı Müasir Məktəbindən" başqa biz paytaxtda yerləşən "2 saylı Tibb Kolleci" və Sumqayıt şəhərində fəaliyyət göstərən "Sumqayıt Tibb Kollecini" də nümunə çəkə bilərik. Bu müəssisələrdə hal-hazırda sistemin "İmtahan və Attestasiya proseslərinin Avtomatlaşdırılması" modulu istifadə olunur. Bununla yanaşı  respublikanın ən nüfuzlu dövlət məktəblərindən olan Tofiq İsmayılov adına 6 nömrəli məktəbdə də proqramın maliyyə və qeydiyyat modullarının tətbiqi üçün razılıq əldə olunub. Həmçinin "British School in Baku" və "Bakı-Avropa liseyi" ilə də danışıqlar davam edir.

- Adlarını çəkdiyiniz təhsil müəssisələri yetərincə nüfuzlu və böyük məktəblərdir. Bəs bu sizə kifayət edirmi? Əgər sirr deyilsə ən böyük hədəfinizi bölüşə bilərsinizmi oxuyucularla?