Azərbaycanda qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı (VİDEO)


Digərləri 28 Mar 2019 10:11:00 191 0

Azərbaycanda qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı (VİDEO)

Əmlak Məsələləri Dövlət Komitəsi daha bir yeniliyə imza atıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi daha bir yeniliyə imza atıb. Komitədən Trend-ə verilən məlumata görə, artıq dövlət müəssisələri əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirə bilər. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir. “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” xidməti dövlət müəssisələri və komitə arasında elektron əlaqələrin yaradılmasına, şəffaflığın artırılmasına, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə şərait yaradır. Bundan başqa onlayn formada qəbul qeydiyyat vərəqələrinin elektron arxivinin təşkilini təmin edir.