Teslanın qırmızı işıqdakı xəbərdarlıq sistemi istifadəyə verilir


Digərləri 28 Mar 2019 08:05:00 195 0

Teslanın qırmızı işıqdakı xəbərdarlıq sistemi istifadəyə verilir

Tesla avto pilotununa son yeniləmə - AutoSteer Stop Light Warning-i (qırmızı işıqda xəbərdarlıq siqnalı) avtobillərinə yerləşdirməyə başlayacağını elan etdi.

Son.az chip.az-a istinadən bildirir ki, Tesla sadə bir proqram yeniləməsi ilə avtomobillərə yeni funksiyalar gətirir. Şirkətin son yeniləməsi işıqforlarla bağlıdır. Autosteer Stop Light Warning adlı yeni xüsusiyyətin adı həqiqətən hər şeyi izah etmək üçün kifayətdir. Beləki avto rejimdə sürücülər qırmızı işıqda bir xəbərdarlıq alacaqlar.

Belə ki, şirkət yeni özəlliklə işıqforda təhlükəsizliyi təmin etmək üçün 2019.8.3 seriyalı yeniləməni yükləməyə başladı. Əgər avtomobili idarə edərkən sürəti aşırsınızsa, işıqforu fərq etməmə ehtimalınız da artır ki, bu zaman sözügedən siqnal qırmızı işıqla bağlı xəbərdarlıq edəcək. Lakin, sürəti azaltmaq üçün əyləcə hər hansı avtomatik müdaxilə olmayacaq. Bu yenilənmə yalnız xəbərdarlıq siqnalından ibarətdir.