5Gdə məlumatlar 1 Qbit/saniyə sürətlə ötürülüb


Digərləri 28 Mar 2019 07:21:00 241 0

5Gdə məlumatlar 1 Qbit/saniyə sürətlə ötürülüb

"KT Corporation" (KT) və "Samsung Electronics" şirkətləri kommersiya tipli beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) məlumatları saniyədə 1 qiqabit sürətlə ötürüblər.

Son.az ICTnews-a istinadən bildirir ki, testlər 2018-ci il dekabrın 1-dən etibarən kommersiya əsasında istifadə edilən və eyni anda "4G/LTE" və "5G" standartlarını dəstəkləyən Seul (Cənubi Koreya) şəbəkəsində aparılıb.

Bildirilir ki, şəbəkə "Samsung 5G NR" avadanlığından istifadə edib. Sınaqlar zamanı 3,5 QHs tezlik diapazonundan istifadə olunub. Abunəçi terminalı qismində isə "Galaxy S10 5G" smartfonu tətbiq edilib.