DİQQƏT! Uşaqlarınızı bu yerlərdən qoruyun XƏSTƏLİK MƏNBƏYİDİR


Digərləri 27 Mar 2019 22:50:00 226 0

DİQQƏT! Uşaqlarınızı bu yerlərdən qoruyun  XƏSTƏLİK MƏNBƏYİDİR

Uşaqların bu sevimli əyləncəsi onlara bir sıra xəstəliklər "hədiyyə" edə bilər. 

Son.az medicina.az-a istinadən bildirir ki, Şimalı Corciya universitetinin mütəxəssisləri müxtəlif ərazilərdə quraşdırılan şarlarla dolu 6 uşaq hovuzunu araşdırıblar. Söhbət uşaqların əylənməsi üçün nəzərdə hovuzlardan və eyni zamanda da sensor stimulyator rolu oynayan fiziki terapiya üçün nəzərdə tutulan hovuzlardan gedir. 

Mütəxəsisslər təsadüf nətiicəsində seçdikləri müxtəlif dərinlikdə içərisində 9-dan 15-ə qədər şar olan hovuz seçiblər. 

Mikrobioloji analiz göstərib ki, bu şarların üstündə maya göbələkləri və bakteriya koloniyaları yaşayır. 

Müəyyən edilən 31 bakteriya növündən 8-i şərti patogen mikroblardır. Yəni onlar əlverişli şəraitdə bir sıra ağır infeksiyalara səbəb ola bilərlər.