Beynəlxalq Muğam Mərkəzində "Muğam-2019" televiziya müsabiqəsi davam edir (FOTO)


Digərləri 27 Mar 2019 20:39:59 172 0

Beynəlxalq Muğam Mərkəzində "Muğam-2019" televiziya müsabiqəsi davam edir (FOTO)

Beynəlxalq Muğam Mərkəzində "Muğam-2019" televiziya müsabiqəsi davam edir.

Bakı. 2019-cu il martın 19-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam-2019" televiziya muğam müsabiqəsinin növbəti tədbiri keçirilib. Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarında kənarda rəğbətlə qarşılanan muğam televiziya müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.