Xəzərin Azərbaycan hissəsinin adaları, palçıq vulkanları rusiyalı alimlərlə birgə öyrəniləcək


Digərləri 27 Mar 2019 19:43:00 193 0

Xəzərin Azərbaycan hissəsinin adaları, palçıq vulkanları rusiyalı alimlərlə birgə öyrəniləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun direktoru M.Qolovatinin dəvəti ilə həmin institutda elmi ezamiyyətdə olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin tədqiqi, həmçinin birgə əməkdaşlıq müqaviləsinin hazırlanması olub.

E.Yusifov institutun elmi şura və seminarında çıxış edərək Azərbaycanın fauna müxtəlifliyi, Zoologiya İnstitutunda bu istiqamətdə aparılmış elmi tədqiqatlar və alınmış nəticələr barədə məlumat verib. Azərbaycanlı alim birgə fəaliyyət barədə təkliflərini səsləndirib.