NyuYorka köçən azərbaycanlı aparıcı ərindən gileyləndi: "Belə olmaz" FOTO


Şou-biznes 27 Mar 2019 17:41:00 280 0

NyuYorka köçən azərbaycanlı aparıcı ərindən gileyləndi: "Belə olmaz"  FOTO

Qızı ilə birlikdə Nyu-Yorka keçən aparıcı və bloger Günel Hümbətova həyat yoldaşı Firuz Soliyevdən şikayət edib.

Son.az xəbər verir ki, müğənni sosial şəbəkədə şəkil paylaşaraq həyat yoldaşının şəkil çəkmək qabiliyyəti olmadığını qeyd edib:

"Dünyada ən pis şəkil çəkən insan varsa, o da mənim həyat yoldaşımdır. Paylaşmaq üçün min şəkildən birini güclə seçirəm. Üsyan edirəm artıq, şəkil çəkə bilmir sevgilim. Öyrənmək də istəmir. Belə olmaz! Məni qane etmək çox çətindir. Bir çox mövzularda. Allah kəssin mükəmməllikçi xasiyyətimi!"

Daha sonra müğənni arıqlamağa start verdiyini elan edərək sirlərini izləyiciləri ilə paylaşıb:

"Yedik-içdik, bir az da çəki aldıq və "mənimlə arıqla" marafonuna hazırığa ümid edirəm. Hekayə bölümündə bayramdan öncə bunu edəcəyimi bildirmişdim. Xahişləri nəzərə alaraq bayramın bitməsini gözlədim. İştirak etmək istəyənlər kommentdə mən yazsınlar. Görək 1 ay ərzində kim daha çox arıqlayacaq. Çox maraqlı olacağıdan əminəm. Kupalniklərinizi indidən hazır edin. Yaya az qalıb".

Ulduzun "Mənimlə arıqla" şüarı altında başlatdığı arıqlama sirləri belədir:

"Məqsədimiz aldığımız artıq çəkidən qurtulmaq, sağlam qidalanmağı orqanizmimizə aşılamaqdır.

Etməli olduğumuz ilk şey: özünüzü 24 saat ərzində çəkib tərəzidəki rəqəmləri hekayə bölümündə paylaşıb məni işarələyin və çəkinizi rəylərə yazın. Çünki düz 1 ay sonra çəkilərimizi qarşılaşdıracayıq. Görək kim nə qədər arıqladı. Marafonla bağlı paylaşımlarınızı öz hekayə bölümümdə paylaşacam ki, iştirakçılar bir-birlərinin paylaşımını görüb daha da stimul alsınlar (Özünüzü və ya üzünü çəkməyə ehtiyac yoxdur).


Xəbərə aid fotolar