İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü


Digərləri 27 Mar 2019 13:39:00 225 0

İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov "Diqlas" ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.

İcra başçısı görüşdə bildirib ki, baş verən yanğınla bağlı cinayət işi açılıb və istintaq gedir: "İstintaqın obyektiv aparılacağına heç kəsin şübhəsi olmasın. Dövlət məsələnin obyektiv araşdırılmasına tam nəzarət edəcək. Sahibkarların hüquqları pozulubsa, bu hüququn bərpası üçün lazım olan addımları atacaq ki, orada işləyən insanların hüquqları pozulmasın".