Dönərlə əlaqədar qida təhlükəsizliyi şərtləri


Digərləri 27 Mar 2019 13:14:00 195 0

Dönərlə əlaqədar qida təhlükəsizliyi şərtləri

Dönər istehsalı zamanı insan sağlamlığı üçün təhlükəli mikrobioloji risklər meydana gələ bilər:

- Keyfiyyətsiz və təhlükəli xammaldan istifadə olunduğu təqdirdə;

- Ət tam bişirilmədikdə;

- Dönər bişirilərkən ət suyu və sos çiy hissədən bişmiş hissəyə axdıqda;

- Gigiyenik qaydalara riayət edilmədikdə, habelə yaxşı təmizlənməmiş alət və ləvazimatlardan istifadə edildikdə.

Son.az bildirir ki, ətin bişirilməsində istifadə olunan kömürün yanması nəticəsində karbon monooksid, nitrogen oksid və müxtəlif növ hidrokarbonlar meydana gələ bilər.

PAH-Politsiklik Aromatik hidrokarbonlar insan orqanizmi üçün çox təhlükəli maddələr olmaqla

- ətin alovla birbaşa təması,

- əriyən yağların alova damlaması və

- tamamlanmamış yanma (istifadə olunan yanacağın tam yanmaması)

nəticəsində meydana gəlir.

PAH-ın meydana gəlməsinə təsir edən faktorlar:

- Ətin istilik mənbəyindən uzaqlığı;

- Ətin yağ tərkibi;

- Bişirmə müddəti;

- Bişirmə temperaturu;

- Bişirmə zamanı ət yağının istilik mənbəyi ilə təmas imkanı.

Dönər istehsalı zamanı təhlükəsizliyin təminatı üçün aşağıdakı faktorlara diqqət yetirilməlidir: