Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək


Digərləri 27 Mar 2019 12:46:07 232 0

Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev martın 30-da saat 10-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev martın 30-da saat 10-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.