Qarabağda erməni əsgər öldü


Digərləri 27 Mar 2019 11:09:00 1161 0

Qarabağda erməni əsgər öldü

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, ölən əsgər 1998-ci il təvəllüdlü Ara Arakelyandır. 

Məlumata görə, o, martın 26-da naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində əl atdığı təxribat zamanı Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.