Gürcüstan MSK aralıq seçkiləri üçün iki milyon dollara yaxın vəsait ayırıb


Dünya 27 Mar 2019 08:07:00 238 0

Gürcüstan MSK aralıq seçkiləri üçün iki milyon dollara yaxın vəsait ayırıb

Mayın 19-da Gürcüstanda aralıq seçkiləri keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu seçkilərdə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu, eləcə də Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına yeni icra başçıları seçiləcək.

Bundan başqa, aralıq seçkiləri zamanı Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının sakrebulolarına (yerli məşvərət orqanları) da deputatlar seçiləcək.

Gürcüstan MSK artıq seçkilərin keçirilməsi üçün 4 milyon 466 min 910 lari (təqribən 1,8 milyon ABŞ dolları) maliyyə vəsaiti ayırıb.

Vəsaitin ayrılması ilə bağlı MSK sədri Tamar Jvaniya sərəncam imzalayıb.