Avstriyada sağçıradikal qrupun yeni zelandiyalı terrorçu Tarrant ilə əlaqəsi araşdırılır


Dünya 27 Mar 2019 07:55:00 234 0

Avstriyada sağçıradikal qrupun yeni zelandiyalı terrorçu Tarrant ilə əlaqəsi araşdırılır

Avstriyada aparılan təhqiqatlar zamanı məlum olub ki, Yeni Zelandiyada terror törətmiş Brenton Tarrant nəinki yaxın keçmişdə bu ölkədə azı iki dəfə səfərdə olub, eyni zamanda, buradakı sağçı-radikal qruplarla sıx əlaqədə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyada fəaliyyət göstərən sağçı-ekstremist "İdentitarist nəsil" hərəkatının bank hesabına Brenton Tarrant tərəfindən ianə köçürüldüyü müəyyən edilib. Qrats Şəhər Prokurorluğu ekstremist qrupun hesabına bir neçə min avro məbləğində ianə köçürən B.Tarrantın həmin qrupla əlaqələrini araşdırır.

Avropa dəyərlərinin yalnız avropalılar üçün olduğunu və müsəlmanların bu dəyərlərə təhlükə yaratdığı düşüncəsini təbliğ edən "İdentitarist nəsil" hərəkatının rəhbəri Martin Sellner verdiyi açıqlamada isə B.Tarrantı tanımadığını, terror hadisəsi barədə mətbuatdan xəbər tutduqdan sonra ianə barədə rəsmi qurumlara məlumat vermək istədiyini, lakin bunun üçün boş vaxt tapmadığını iddia edib.