Yeni çəkilən yol çökdü


Digərləri 26 Mar 2019 22:47:00 186 0

Yeni çəkilən yol çökdü

Yeni çəkilmış Cəlilabad-Yardımlı avtomobil yolunda iri çatlar yaranıb, yolda çökmə baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər yağan yağıntılar səbəbindən ərazidə torpaq sürüşməsi baş verib.

Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolunda çökmələrə səbəb olub.

Sürücülərin sözlərinə görə, əvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur. Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr qısalıb.