Yağlı yemək... yağsız yeməkdən


Digərləri 26 Mar 2019 22:25:00 233 0

Yağlı yemək... yağsız yeməkdən

Yağlı qidalar qəbul edilməsi ömrü uzadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Stenford və Harvard universitetlərinin alimləri uzunmüddətli tədqiqatlar nəticəsində belə qənaətə gəliblər.

Onların fikrincə, doymamış yağların zəngin olduğu qidalar orqanizmin fəaliyyətinə müsbət təsir göstərir, ürək-damar xəstəlikləri riskini azaldır. Bitki və balıq mənşəli yağlarla hazırlanan yeməklər isə orqanizmdə daha tez sorulur və piylənməyə səbəb olmur. Bunun əksinə, heyvan mənşəli yağlar piylənmə və artıq çəkiyə, eləcə də müxtəlif xəstəliklərə aparıb çıxarır.