Təhsil xidmətilə məşğul olan fiziki şəxslər üçün akkreditə


Digərləri 26 Mar 2019 20:31:00 191 0

Təhsil xidmətilə məşğul olan fiziki şəxslər üçün akkreditə

Təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi çox vacibdir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Sona Əliyeva bildirib.

Millət vəkili bu təklifi bir müddət öncə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında da səsləndirdiyini və bunun komitə rəhbərliyi tərəfindən müsbət qarşılandığını da deyib.

O xatırladıb ki, üzvü olduğu  komitə tərəfindən təhsil müəssisələrinin akkreditasiyası ilə yeni qanun layihəsinin  hazırlanması da nəzərdə tutulur:

"Amma mənim təklifim bir qədər fərqlidir.

Mən çox istərdim ki, Təhsil Nazirliyi təkcə təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin.

Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var.

Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir.

Bu baxımdan məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim".