İnsana donuz ürəyi köçürüləcək –


Digərləri 26 Mar 2019 20:25:00 258 0

İnsana donuz ürəyi köçürüləcək –

Almaniya transplantasiya mütəxəssisləri  meymuna donuz ürəyi köçürülməsi prosesini başa çatdırdı.

Son.az medicina.az-a istinadən bildirir ki, babuin meymununa ürək transplantasiyası Münhen Universitetində baş tutub. Belə ki, son təcrübədə 5 meymuna donuz ürəyi nəql olunub. Meymunlardan biri 1 ay sonra ölüb. Digər ikisi hətta 6 ay yaşayıb.

Köçürülmüş orqanlar yaxşı adaptasiya olsun deyə alimlər donuzun genomasını redaktə ediblər. Yeni metod aqressiv immun reaksiya riskini azaldıb. Artıq donuzdan meymuna ürək köçürülməsi ilk dəfə deyil ki, aparılıb və alimlər bu sahədə uğurlu nəticələrə nail olublar. Bu o deməkdir ki, yaxın gələcəkdə ksenotransplantasiya reallığa çevriləcək, tibbi təcrübədə insana donuz ürəyi köçürülməsi baş tutacaq. Bu da donor defisitini azaldacaq, pasiyentlərin yaşamasını təmin edəcək.