İsrail Qəzzaya hücumu dayandırdı


Dünya 26 Mar 2019 10:24:00 206 0

İsrail Qəzzaya hücumu dayandırdı

İsrail ordusu Qəzzaya hücumu dayandırıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Həmas" məlumat yayıb. Qeyd olunub ki, İsraillə qarşılıqlı danışıqlar aparılıb, Misir tərəfiin vasitəçiliyi ilə atəşkəsə nail olunub. 

Xatırladaq ki, İsrail hərbçiləri "Həmas"ın Qəzza sektoruna terror məqsədi daşıyan raket atəşinə cavab olaraq hücuma keçmişdilər.