Tarixin ən dəhşətli müalicə üsulu: Başını deşir, içindəki daşı... FOTO


Digərləri 25 Mar 2019 23:34:00 252 0

Tarixin ən dəhşətli müalicə üsulu: Başını deşir, içindəki daşı...  FOTO

Müasir dövrdə texnologiya inanılmaz sürətlə inkişaf edir. Əsas da tibb sahəsində. Bir neçə əsr əvvələ qayıdanda hardan hara gəldiyimizi görüb heyrətə düşməmək olmur. Zamanla xəstəliklərin növü də dəyişir, onların müalicə metodları da.

Son.az bu dəfə sizə orta əsrlərdə tətbiq edilən çox fərqli bir müalicə metodundan bəhs edəcək:

Tamamilə gerçək olan bu müalicə üsulu ilə tanış olanda, istər-istəməz o dövrdə doğulmadığın üçün sevinirsən.

Orta əsrlərdə qəribə bir inanc vamış. Bu inanca görə, insanların ağlını itirməsinin səbəbi başlarının içində əmələ gələn "Stone of Madness" (Dəlilik daşı) adlı daş olub. İnsanlar inanıblar ki, ağlını itirənlərin normal həyatlarına və sağlamlıqlarına qovuşmaları üçün bu daş beyindən çıxarılmalıdır.

Bəhs edilən inanc 15-ci yüzillikdə olduğu üçün xəstəliyin müalicə metodu da xəstəlik qədər qəribə və primitiv olub. Bu metod ən qədim ruhu müalicə forması olan, "trepanning" və ya "trepanation" adlanan, kəllə sümüyünün kəsilməsini tələb edən üsulun bir növüdür. "Trepanation" baş ağrıları və epilepsiya üçün də tətbiq edilən metod olub. Və bu müalicə üsuluna görə, insanın kəllə sümüyü silindir formasında olan bıçaqla deşilib.


Xəbərə aid fotolar