Yaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ


Digərləri 25 Mar 2019 23:25:00 243 0

Yaponların gec qocalmasının və kökəlməməsinin SİRRİ

Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3% -i artıq çəkidən əziyyət çəkir.

Son.az xəbər verir ki, bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o "Fırfıra" (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.

Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik:

"Fırfıra" qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.

Bütün məhsullar bir neçə qrupa ayrılır, onların hər biri tövsiyə edilən miqdarda günlük porsiyalara (porsiyalar insanın cinsindən və yaşından asılıdır) bölünüb. Rasionun əsasını yarmalar, dənli bitkilər, tərəvəz, (təzə hazırlanmış şorbalar) təşkil edir, ardınca ət və balıq yeməkləri gəlir. Meyvə və süd məhsulları gündə 2 porsiya verilir.

Nə yediyimizlə bərabər necə yediyimiz də vacibdir. Yaponiyada yeməkdən zövq almaq xüsusi bir mədəniyyətdir. Həmçinin orqanizm üçün ən optimal ritmi tapmaq və eyni saatda qidalanmaq tövsiyə olunur.

Qidalanma sisteminə əsasən, düyü və balıq kimi beynəlmiləl mətbəxin yeməkləri, eləcə də yerli və mövsümi məhsullar daxildir.

Hər bir qida qəbulu balanslaşdırılmış olmalı və ona müxtəlif qrupların qida məhsulları daxil edilməlidir. Məsələn, Yaponiyada tipik məktəb naharı belədir: düyü, ət və ya balıq, miso şorbası, bir stəkan süd və meyvə.

Şüurlu bəsləmə yaponlarda ibtidai məktəbdən formalaşır. Nahar fasilə deyil, həm də təhsilin ayrılmaz hissəsidir. Şagirdləri nahar fasiləsində heç kim tələsdirmir, yeməkdən sonra isə masanı uşaqlar özləri təmizləyir.

Yemək və xərclənən kalorilərin miqdarı arasında balans nəzarət və müşahidə edilməlidir.

Yaponiyada ehtiyat qida saxlamaq, çox yemək hazırlamaq qəbul edilmir. Üstünlük təzə məhsullara verilir.

Çörək yox, düyü

"Mən də həmişə qaynadılmış düyü yesəm, arıqlayaram", - deyə düşünürsünüzsə, yanılırsınız. Çünki yaponlar yalnız plov və suşi ilə qidalanmır. Əksinə, gündəlik qidalanma menyuları çox zəngindir.

Məsələn, yaponların klassik süfrəsində balıq, yeməli yosun növləri, pörtülmüş tərəvəzlər, bir kasa düyü, soya, şirniyyatı əvəz edən meyvələr və matça çayı daxildir. Yəni ağızlarına bir neçə suşi atmaqla kifayətlənmirlər, doyana qədər yeyirlər. Ancaq bu yeməklərin heç biri yüksək kalorili deyil. Başlıcası onlar fəstfud məhsullarını sevmirlər.


Xəbərə aid fotolar