Pakistan Hindistanla sərhəddə hava hücumundan yaxın mənzilli müdafiə sistemləri quraşdırıb


Dünya 25 Mar 2019 21:59:00 212 0

Pakistan Hindistanla sərhəddə hava hücumundan yaxın mənzilli müdafiə sistemləri quraşdırıb

Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.