Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq (FOTO)


Digərləri 25 Mar 2019 21:45:00 154 0

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq (FOTO)

Martın 28-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq

Bakı. Martın 28-də Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.