Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun FOTO


Digərləri 25 Mar 2019 21:13:00 224 0

Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun  FOTO

Ondan həm qorxurlar, həm də heyran olurlar. Əlbəttə ki, söhbət Amerikanın "Vogue" jurnalının baş redaktoru Anna Vinturdan gedir.

Anna Vintur gənclərə yol vermək fikrində deyil, məşhur jurnalist Amerikanın "Vogue" jurnalının baş redaktoru kreslosunda özünü əla hiss edir və eyni zamanda dünya dizaynerlərinin baş məsləhətçi olaraq qalır. Yeri gəlmişkən, "Şeytan Prada geyinir" filminin baş qəhrəmanı Miranda Pristlinin prototipi də Anna olub.

Anna Vinturun geyimdə öz qaydaları var. Son.az moda tənqidləri ilə çoxlarının canına vəlvələ salan məşhurun 7 əsas dəb qaydası ilə tanış edir:

1. Öz siluetini tap. Anna Vinturun hətta bir neçə gündəlik həyatından çəkilən şəkillərinə baxsaq, görərik ki, məşhurun həmişə bir siluetdə dayandığını müşahidə etmək çətin olmayacaq. Onun qarderobu isə monotondur - dizdən bir qədər aşağı paltarlar, paltolar, həyatın bütün halları üçün plaş və çəkmələr.

Bu, bir tərəfdən monoton və cansıxıcı görünə bilər, digər tərəfdən də öz üslubunun yaradılmasının bir hissəsidir. Bütövlükdə Anna Vinturun bütün obrazları qüsursuzdur. O, gözəl bilir ki, ona nə yaraşır, nə yox. Onun obrazlarında heç vaxt dəb xətaları nəzərə çarpmayıb.

2. Dəb redaktoru müxtəlif rəngləri və fakturaları qarışdırmağı xoşlayır. Anna parçalarla, naxışlarla, printlərlə və ornamentlə uğurla eksperiment aparır və heç vaxt darıxdırıcı görünmür.