Sinir sisteminə və qan dövranına təsir göstərən FAYDALI BİTKİ


Digərləri 25 Mar 2019 20:02:00 277 0

Sinir sisteminə və qan dövranına təsir göstərən FAYDALI BİTKİ

Dünya Homeopatiya Təşkilatının Avrasiya mümayəndəliyi üzrə mütəxəssisi Yegane Özcan zəfəranın istifadəsi və faydaları ilə əlaqədar əhəmiyyətli məlumatlar verib.

Son.az xəbər verir ki, zəfəran adətən düyü, tərəvəz, ət, dəniz məhsulları və toyuq yeməklərində istifadə olunur. Ekspert bildirib ki, zəfəran oynaq ağrılarından, qaşınmadan xilas olmağa və iltihabın azaldılmasına kömək edir:

"Zəfəran aclığı və porsiya miqdarını azaltmağa kömək edə bilər. Aroması isə estrogen miqdarını artırır və qadınlarda kortizol səviyyəsini azaldır. Depressiya, narahatlıq, yaddaş zəifləməsi və nevroloji xəstəliklərə qarşı qoruyur.

Bu bitki C vitamini, maqnezium, dəmir, kalium ilə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir. Eyni zamanda, toxuma, sümük və hormon sağlamlığına kömək edir. Omeqa-3 yağ turşuları ilə maddələr mübadiləsinə müsbət təsir göstərir və qan dövranını normaya salır. B6 vitamini qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir və sinir sisteminin sağlam işləməsini təmin edir. Zəfəran bronxial astmanın simptomları ilə iltihabı aradan qaldırır.