“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirilib (FOTO)


Digərləri 25 Mar 2019 18:25:00 188 0

“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirilib (FOTO)

İstanbulda “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi baş tutub.

Bakı. İstanbulda “Kanyon” Ticarət Mərkəzinin kinoteatrında “Çat Kapı Aşk” romantik filminin qala-gecəsi baş tutub. Təşkilatçılardan Trend-ə verilən məlumata görə, qala gecədə Türkiyənin məşhur aktyorları Jess Molho və ilk rolunu alan oğlu Tibet, Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov ailəsi ilə və yaradıcı heyətin üzvləri iştirak ediblər. Tədbirə həm də Nebahat Çehre, Bülent Serttaş, Burcu Binici, Mustafa Topaloğlu, Yunus Günçe kimi tanınmış simalar da qatılıb. Qeyd edək ki, “Çat Kapı Aşk” filmi Azərbaycanda fəaliyyət göstərən “Cinemazadeh” studiyasının istehsalıdır və xaricdə çıxan ilk filmidir.