Yolu keçmək istəyən qadınları maşın vurdu


Digərləri 25 Mar 2019 17:53:00 184 0

Yolu keçmək istəyən qadınları maşın vurdu

Yolu keçmək istəyən iki piyadanı maşın vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göyçayın Nizami küçəsində qeydə alınıb. Sözügedən küçədə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən rayon sakinləri 38 yaşlı  Samirə Abdurəhmanova və 18 yaşlı Nigar Aslanovanı vurub. Qəza nəticəsində hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.