Məşhur cütlük Kənanın anasına görə boşanır


Digərləri 25 Mar 2019 18:00:00 207 0

Məşhur cütlük Kənanın anasına görə boşanır

Türkiyəli aktrisa Beren Saatla müğənni Kənan Doğulunun boşanmasına səbəb müğənninin anasıdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı müğənni Seren Serengil verilişində deyib. Cütlük haqqında bir çox iddia səsləndirən Serengil bildirib ki, Kənan Doğulunun anası heç vaxt bu münasibətə müsbət baxmayıb. Bu səbəbdən də artıq cütlük boşanma ərəfəsinə çatıb:

"Serpil Doğulu heç vaxt Bereni gəlini kimi qəbul etməyib. Kənana bu gün çox vacib bir şey demək istəyirəm. Həyatda hamını birlikdə xoşbəxt edə bilməz. Ya özü xoşbəxt olacaq, ya da başqaları. Bunun seçimini etmək məcburiyyətindəsən. Beren sənin ailəndir. Ananı, qohumlarını sev, ancaq onların bir-birinə pislik etməsinə icazə vermə. Bereni əzdirmə". Müğənni davamında qeyd edib ki, aktrisa ailədaxili problemlərə görə narahatdır. Evliliyin ilk günlərindən xoşbəxt deyil. Kənan isə yumşaq xarakterli olduğu üçün problemləri həll edə bilmir.