Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək (VİDEO)


Digərləri 25 Mar 2019 17:23:00 157 0

Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək (VİDEO)

2019-cu ilin əvvəlində məşhur Amerika alimi və xoşbəxtlik üzrə ekspert Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək.

Bakı. 2019-cu ilin əvvəlində məşhur Amerika alimi və xoşbəxtlik üzrə ekspert Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək. YARAT Müasir İncəsənət Məkanından Trend-ə verilən məlumata görə, xoşbəxtliyin öyrənilməsinə həyatının çox illərini həsr etmiş insandan xoşbəxtlik haqqında bir çox yeni faktlar. YARAT Müasir İncəsənət Məkanı “İnsan: Özünü dərk et” özünüinkişaf proqramı çərçivəsində 2019-cu ilin aprel ayının 4, 5 və 6-da Bakıda keçiriləcək xoşbəxtlik sahəsində məşhur Amerika eksperti Emiliana R. Simon-Tomasın giriş məruzəsini və təlimini təşkil edəcək. Biz hamımız xoşbəxt olmaq istəyirik, lakin buna necə nail olacağımızı bilmirik. Məlum oldu ki, xoşbəxtliyi hiss etmək və onu ətrafdakı insanlarla bölüşmək bir elmdir və bu elmə yiyələnmək mümkündür. Bu, həyatının çox illərini xoşbəxtlik haqqında məsələlərin öyrənilməsinə həsr etmiş bir insanın fikirləridir: "İnsanı xoşbəxt edən nədir və xoşbəxtliyi daha uzun müddət hiss etməyi necə öyrənmək olar?" “Uzun illər boyunca xoşbəxtlik fenomeni araşdıraraq biz tam olaraq xoşbəxt insanların nə etdiklərini və ya etmədiklərini öyrənməyə çalışırıq. Doktor Emiliana R. Simon-Tomasın verdiyi müsihibələrindən birində demişdir: "Məlum oldu ki, düşündüklərini daha yaxşı anlayan və hal-hazırda nə etdiklərinə daha tez-tez diqqət yetirən insanlar gündəlik həyatlarında xoşbəxtliyi daha tez-tez his edirlər”. Emiliana R.Simon-Tomas – fəlsəfə doktoru, nevrologiya, rəhmlilik, mərhəmət və minnətdarlıq psixologiyası üzrə ekspertdir. O, Berkeley’s Greater Good Science Center-də elmi şöbənin müdiridir, proqrama rəhbərlik edir və bütün dünyadan 600 mindən çox insanın iştirak etdiyi onlayn kursu aparır. O, mərhəmətin sağlamlığa, rifaha və sosial adaptasiyaya necə xeyir gətirdiyi üzrə ixtisaslaşaraq Stendford universitetində direktor əvəzi və CCARE (The Center for Compassion and Altruism Research and Education) böyük elmi işçi qismində çalışıb. Əgər Sizə elmi biliklərlə tamamlanmış xoşbəxtlik haqqında təcrübi vasitələr almaq maraqlıdırsa, o zaman Sizi “Xoşbəxtlik elmi” mövzusunda keçiriləcək ödənişsiz giriş mühizəsinə və təliminə dəvət edirik. Təlimlərdə xoşbəxtliyi necə idarə edə biləcəyiniz, bu bacarığı şüurlu şəkildə gücləndirməyin və bu bacarığın özündə inkişaf etdirməyin üsulları haqqında məlumat ala biləcəksiz.