Bakıda mənzildən qadın meyiti tapıldı


Digərləri 25 Mar 2019 16:26:00 202 0

Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.