LUKOIL "Şahdəniz 2" layihəsi üçün kreditdən niyə imtina etdi?


Digərləri 25 Mar 2019 15:38:00 219 0

LUKOIL "Şahdəniz 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz Ltd" üçün kredit verilməsi prosesinin dayandırılmasının səbəbini açıqlayıb.

Son.az bildirir ki, AYİB-dən Trend-ə bildiriblər ki, müqavilə hazırlanan vaxt karbohidrogenlərin qiymətləri bu günə nisbətən aşağı idi:

"Daha sonra qiymətlər artdı və nəticədə LUKOIL şirkəti layihəni daxili vəsaiti hesabına maliyyələşdirə biləcəyi və xarici borclara ehtiyac olmadığı qənaətinə gəldi. Nəticədə AYİB-in kredit verilməsi layihəsi ləğv edildi".

Qeyd edək ki, 2017-ci ildə AYİB-in İdarə Heyəti Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsinin ikinci mərhələsində "LUKOIL Overseas Shah Deniz Ltd"nin payının maliyyələşməsinin genişləndirilməsi məqsədilə 100 milyon dollara qədər kreditin ayrılmasını təqdir edib.