Bakıda hakim oğlunun ölümünə səbəb olan həkim oğlu


Digərləri 25 Mar 2019 13:18:00 270 0

Bakıda hakim oğlunun ölümünə səbəb olan həkim oğlu

Hakim oğlunun ölümündə təqsirli bilinərək azadlıqdan məhrum edilən həkim oğlu cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Kərimov Rəhim Yüzasif oğlunun məhkəmə prosesi mart ayının 27-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev xəstəxanad dünyasını dəyişib.