Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 25 Mar 2019 10:28:00 207 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. "İnvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözləntilərlə bağlı məlumat verib. EUR ABŞ Mərkəzi Bankının sonuncu açıqlamalarından sonra Avrozona iqtisadiyyatına dair investorların ehtiyatlı mövqeyi avronun 1.13$-a kimi ucuzlaşmasına səbəb olub. Lakin təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1319$-ı yuxarı istiqamətdə qırarsa, yenidən 1.1389$-a kimi bahalaşacağı proqnozları güclü olaraq qalır. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozona iqtisadiyyatına dair önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir. GBP İngiltərədə "Breksit" risklərinin artması funtun keçən həftə ərzində 1.30$-a kimi ucuzlaşmasına təsir etdikdən sonra yenidən bahalaşmağa başladığı müşahidə edilir. Dünya valyuta birjalarında bazar ertəsi 1.3191$-a ticarət edilən GBP/USD məzənnəsi üzrə təhlillərə əsasən, qiymət 1.3250$-ı yuxarı istiqamətdə qırarsa, 1.3310 və 1.3380$-a kimi də bahalaşa bilər. TRY Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.84TL-yə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və 5.5726TL-ni aşağı istiqamətdə qırarsa, 5.4883TL-yə kimi də ucuzlaşa bilər. OIL