Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır


Digərləri 25 Mar 2019 09:38:00 208 0

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib.

Bakı. Elçin Mehdiyev – Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək".