Bərdədə 2 quda bir gündə vəfat edi


Digərləri 25 Mar 2019 09:16:00 185 0

Bərdədə 2 quda bir gündə vəfat edi

Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iki quda bir gündə vəfat edib.   Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar.

Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.   İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.