Gecəniz xeyrə qalsın Yuxuya əla təsir edən 10 QİDA FOTO


Digərləri 25 Mar 2019 04:30:00 475 0

Gecəniz xeyrə qalsın  Yuxuya əla təsir edən 10 QİDA  FOTO

Müasir insanın həyatı əbədi yarışa çevrilib. Daim harasa tələsirik, əsəbləşirik, yuxusuzluqdan şikayət edirik.

Son.az ölkə.az-a istinadən bildirir ki, yuxusuzluq orqanizmə mənfi təsir edir, onu zəiflədir və xəstələnməsinə səbəb olur. Əgər yuxunuz ideal deyilsə, gec yuxuya gedirsinizsə və az yatırsınızsa, aşağıdakı siyahıya diqqət edin.

1. Yulaf sıyığı

Bir çoxları üçün bu sıyıq səhər yeməyidir. Onun tərkibində faydalı maddələrlə yanaşı melatonin yuxu hormonu da var və bu səbəbdən səhər yuxudan tez duran, tam istirahət etmək istəyənlər üçün əla seçimdir.

2. Banan

Minerallar mənbəyidir və tərkibindəki amin turşusu istirahətə kömək edir. Amma bananı yuxudan 1 saat əvvəl yemək olmaz.

3. Badam

Badamın tərkibində maqnium, triptofan və zülal var. Yaxşı yuxu üçün bir neçə ədə badam yemək və ya bir xörək qaşığı badam yağı qəbul etmək məsləhətdir.

4. Albalı

Albalının tərkibində melatonin miqdarı çoxdur və bu da sağlam və möhkəm yuxu üçün əladır. Əgər siz albalı əvəzinə albalı şirəsi qəbul etmək istəyirsinizsə, yaxşı və əsl markanı seçin.

5. Süd

Yuxusunu təbii yolla qaydaya salmaq istəyənlərə süd kömək edə bilər. Südün tərkibində kalsi ilə yanaşı zülal və triptofan var. Əgər süd xoşlamırsınızsa, yoqurt və kəsmikdən istifadə edin.


Xəbərə aid fotolar