Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu


Şou-biznes 25 Mar 2019 01:30:00 352 0

Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu

Xalq artisti Flora Kərimova ilə Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti Kərimovanın Fərmanqızı tərəfindən təhqir olunmasına səssiz qalmayıb.

O, bildirib ki, 50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidddir: "Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!".

B. Dadaşova ziyalıları bu məsələdə susmamağa çağırıb: "Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik".