Ruminiya İsrail səfirliyini Qüdsə köçürür


Dünya 24 Mar 2019 21:40:00 291 0

Ruminiya İsrail səfirliyini Qüdsə köçürür

Ruminiya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rumıniyanın baş naziri Viorika Dançile bildirib.

O qeyd edib ki, Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması "rumın xalqını" təsirləndirib. Dançile bildirib ki, İsrail və ABŞ "Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır".