Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar Örnək FOTO


Digərləri 24 Mar 2019 20:39:00 456 0

Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar  Örnək  FOTO

Günel Qarayeva: "Yolun uzunluğu, yuxusuzluq adamı yorsa da, uşaqların gülən üzü insana hər şeyi unutdurur"

Ülviyyə Vəliyeva: "Mən öz məqsədimə çatmaq üçün ən çətin pillədən - kənd məktəbindən başladım"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Çətinlikdən qorxmurlar, əksinə, mübarizə aparmağı sevirlər. Elə buna görə də hər ikisi öz həmyaşıdlarından fərqli olaraq, nisbətən çətin bir missiyanı üzərilərinə götürərək kənd məktəbində müəllimlik edirlər. Təzə başlayanda bir qədər çətinlik çəksələr də, zamanla bütün çətinlikləri arxada qoymağı bacarıblar. İndi onları dərs dedikləri məktəbdə hamı tanıyır, sevir və digərlərinə nümunə göstərir. Onların işinin çətin tərəfi odur ki, dərs dedikləri rayona getmək üçün səhər saat 5-də oyanırlar.   MüsahiblərimSiyəzən rayon Böyük Həmyə kənd orta məktəbində ingilis dilindən dərs deyən Günel Qarayeva və Balaca Həmyə, Yenikənd orta məktəblərində kimya fənnini tədris edən Ülviyyə Vəliyevadır. Qeyd edim ki, Günel kənd məktəbində bu ildən müəllim olaraq çalışır. Ülviyyə isə artıq ikinci ildir ki, adıçəkilən kənddə müəllimlik edir.

- Adətən valideynlər öz övladlarını müəllimliyə yönəldir. Bəs sizin müəllimliyi seçməyiniz necə olub?   Ülviyyə:

- Məktəbdə oxuyarkən anamın təkidi ilə 4-cü qrupa hazırlaşdım. Onun ən böyük arzusu məni həkim kimi ağ xalatda görmək idi. Çünki anamın özü də tibb bacısıdır. Amma iş elə gətirdi ki, kimya fakültəsinə qəbul oldum. Mənə müəllimliyi öz müəllimlərim sevdirdi. Düzü, oxuduğum və işlədiyim müddətdə müəllim olduğuma görə heç vaxt peşman olmamışam, əksinə, buna görə çox şadam. Uşaq vaxtı çox ciddi olduğuma görə, mənə həmişə deyirdilər ki, səndən əsl müəllim olar. Qismətdən elə müəllim oldum.   Günel:

- Universitetə hazırlaşanda məqsədim Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq idi. Amma anam ingilis dili müəllimidir deyə, mənim də o sahə üzrə müəllim olmağımı istəyirdi, amma mən etiraz edirdim. Elə oldu ki, qəbul imtahanında ən çox balı ingilis dilindən topladım və nəhayət, qərara gəldim ki, bu sahəyə yönəlim. Seçimimə görə heç vaxt peşman olmamışam, ingilis dili indiki dövrün tələbidir. Amma dil elə bir sahədir ki, məşğul olmasan, yadından çıxacaq. İndinin özündə belə, bəzi şeyləri anamdan soruşuram. Birlikdə işləmək mənim üçün çox maraqlıdır.

- Müəllimlik ən şərəfli, amma bir o qədər də çətin və məsuliyyətli peşələrdəndir. Bəs siz işlədiyiniz müddətdə müəllimliyin hansı çətin tərəflərini hiss etmisiniz?   Ülviyyə:

- Kənddə işləməyə həmişə marağım olub və bu da mənə qismət oldu. Əksər insan kimya fənninin çətin olduğunu düşünür. Buna görə, həmişə məndən təəccüblə "sən doğrudan kimyanı yaxşı bilirsən" deyə soruşurlar. Bura gəlməzdən əvvəl tam başqa xəyallarım var idi, amma rastlaşdığım mənzərə tamam ayrı oldu. Ona görə də qərara gəldim ki, seçdiyim metodla uşaqlara kimyanı sevdirə bilim. Kənddə müəllim işləməyin bir çox çətin tərəfləri var. Çünki burada oxuyan uşaqların xəyalları zəngin deyil. Müəllimin ən böyük borcu isə şagirdlərini xəyal qurmağa məcbur etməkdir. Burada oxuyan uşaqlar nə istədiyini bilmir. Biz dərslərin elmi tərəfini tədris edəndə, uşaqlar soruşur ki, müəllim, bu bizə nəyə lazım olacaq? Şagirdlərimdən kimsə kimya müəllimi olmaq istədiyini deyəndə, sevincimin həddi-hüdudu olmur. Bəziləri isə etiraf edir ki, kimyanı sevməsək də, sizi sevirik.    Günel:

- Mən hazırlıq kursunda dərs keçirəm deyə, məktəbdə işləməkdən çəkinirdim. Çünki kursda demək olar ki, ən yaxşı oxuyan tələbələrlə işləyirsən. Abituriyentlərin əksəriyyəti oxuyan və çalışqan olur. Bu uşaqlara artıq söz demək yersizdir. Amma məktəbdə bu belə deyil. Ona görə təzə başlayanda bir az qorxurdum. Amma indi yuxarı siniflərə də dərs keçirəm. Demək olar ki, biz müəllim-şagird yox, həmyaşıdıq. Bir-birimizə qısa müddətdə öyrəşə bildik.

- Hər gün saat yarım yol getmək yəqin ki, heç də asan deyil. Ümumiyyətlə, iş qrafikinizi necə tənzimləyirsiniz?   Günel:

- Mənim dərslərim 1 və 4-cü günlər olur. Həmin günlər saat 5-dən oyanıram. 7-nin yarısında evdən çıxıram ki, 9-un yarısı başlayan dərsə çata bilim. Düzdür, yolun uzunluğu, yuxusuzluq adamı yorsa da, uşaqların gülən üzü insana hər şeyi unutdurur. Çalışıram ki, işimə məsuliyyətlə yanaşım, hətta çox vaxt işə orada yaşayan müəllimlərdən daha tez çatıram.   Ülviyyə:

- İnsanın iş yeri nə qədər uzaq olsa, o bir o qədər məsuliyyətli olur. Adətən bir səbəb olmayanda, səhərlər yuxudan oyanmaqda çətinlik çəkirəm. Ümumiyyətlə, nə isə etmək üçün motivasiyam olmalıdır. Mən həftənin 1 və 3-cü günləri Yenikənddə, 2 və 4-cü günləri isə Kiçik Həmyə kəndində dərs deyirəm. Uşaqlarla bağlı məsuliyyət daşıdığımı düşünəndə, çalışıram ki, işimin öhdəsindən layiqincə gəlim. Hətta birinci saat dərsim olmasa belə, mən məktəbdə oluram. Direktor çox vaxt bizi digərlərinə nümunə göstərir. Müəllim yoldaşlarımızla getdiyimizə görə yol bizə uzun görünmür. Məncə, bu daha maraqlıdır. İnsanın həyatı nə qədər keşməkeşli olsa, daha maraqlı olur. Rahat olan heç nəyə insanın marağı olmur. Bu həm də bizdə sağlam rejim formalaşdırıb. Səhər tezdən oyandığımıza görə bütün günü enerjili oluruq.

- Dərs dediyiniz məktəblərdə şərait necədir?   Ülviyyə:

- Mənim dərs dediyim Balaca Həmyə kəndində cəmi bir otaqda proyektor var. Hər sinfin otağı ayrıdır. Kimyəvi reaksiyaları aparmaq üçün lazımi imkanımız olmadığı üçün lövhəyə tabaşirlə yazırıq. Çox istəyərdim ki, hər sinifdə kompüter və digər texnoloji imkanlar olsun. Uşaqlar reaksiyaları lövhədə yox, canlı şəkildə görsələr, kimya dərsi onlara daha maraqlı gələcək. Hətta kimyəvi reaksiyaları özləri aparmalıdır ki, onların nə isə kəşf etmək qabiliyyətləri inkişaf etsin.   Günel:


Xəbərə aid fotolar