Beyni qocalmaqdan qorumağın 9 BƏSİT ÜSULU


Digərləri 24 Mar 2019 19:56:00 271 0

Beyni qocalmaqdan qorumağın 9 BƏSİT ÜSULU

Su içməmək, hərəkət etməmək, sağlam qidalanmamaq başda olmaqla bir çox səbəblər insan beynini qocaldır. Bəs beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün nələr etmək lazımdır?

Son.az bu sualın cavabını bir neçə variantda təqdim edir.

Vücudumuzun əsas gəmisi olan beyin bütün orqanlarımızı idarə edir və sistemin düzgün şəkildə işləməsini təmin edir. Beyni sağlam və cavan saxlamaq üçün gündəlik həyatımızda bir neçə prosesə diqqət yetirməliyik. Hər günü eyni tərzdə yaşamamaq, nəfəs potensialını artırmaq və stressdən uzaq qalmaq da bu detallara daxildir.

1. SU İÇİN

İnsan bədəninin 60%, beynin isə 73%-i sudan ibarətdir. Su bədənimzidəki bir çox enzimatik reaksiyaları, neyronların istehsalını, hormonal əlaqə və hüceyrələrarası əlaqə kimi əhəmiyyətli fəaliyyətlərdə istifadə edilir. Beyin suyunun bir faizini itirərsə, insanın düşünməsi yavaşlayar, iki faizini itirərsə, zehni performansı geriləyər, riyazi problemləri həll etmək çətinləşər. Qəhvə, çay suyun yerini tuta bilməz. Meyvə suyu, bitki çayı, süd də həmçinin. Çünki qəhvə və çay əks proses başaldaraq bədəndən suyun ifrazını artırır. Gündə ən az 1 litr su içmək vacibdir. Su içməyin ən yaxşı zamanı isə səhər saatlarıdır. Gün boyunca tez-tez su içmək lazımdır.

2. HƏRƏKƏT EDİN

Beynin hər iki yarımkürəsini işlətmək üçün müəyyən hərəkətlər yerinə yetirmək lazımdır. Yürüş, yoqa və üzmək kimi vücudun hər iki tərəfini paralel şəkildə istifadə etməyin vacib olduğu hərəkətlər etmək daha yaxşıdır. Bu, eyni zamanda, beynin yarımkürələri arasındakı bağları da möhkəmləndirir. Yuxunu da müəyyən çərçivəyə salar. Gün ərzində piyada gəzmək, pilləkan çıxmaq, avtomobili uzağa park edərək yolu uzatmaq kimi detallar da beyinə hərəkət baxımından fayda verər.

3. SAĞLAM QİDALANIN

Qanda şəkərin miqdarının azalması beyni qocaldır. Beynin sağlamlığı üçün ən çox diqqət etməyimiz lazım olan şey karbohidrat və şəkər yeməmək. Qan şəkəri çox olan və ya insulindən asılı olan xəstələrin yaşla birlikdə yavaşlaması daha tez baş verər. Yaşla bərabər, gün içində normadan artıq kalori qəbul edən insanların istedadları, az aklori qəbul edənlərə nisbətən daha az olur. Xəmir yeməkləri sadəcə artıq çəki yaratmaz. Şəkərdən başqa bir digər karbohidrat qaynağı da taxıl bitkiləridir. İçi boş karbohidrat qəbul etmənizə səbəb olan bu qidalarda beyinə zərərli olan bir maddə var: Qlüten. Bu maddə bağırsaqların işini əngəlləyir və beynin fəaliyyətini yavaşladır. Uzun müddət bu maddənin qəbulu isə beynin kiçilməsinə və patoloji dəyişikliyə səbəb olur.

4. YUXUNUZA DİQQƏT EDİN

Yuxuya yalnız körpələrin deyil, hər kəsin ehtiyacı var. İbtidai sinifdən sonra uşaqların yuxusuna çox da diqqət edilmir. Çox yatmaq isə tənbəllik əlaməti sayılır. Ancaq hər gün doldurulmuş bir beyin üçün ən yaxşı əlac yatmaqdır. Yuxu beynimizə gün içində metabolizmə bağlı olaraq ortaya çıxan artıq metabolitlərin təmizlənməsi, beyindəki hüceyrələr arasında yeni bağlantıların qurulması, beynin özünü təmir etməsi, bədəndəki xroniki stress üçün cavabın hazırlanması, öyrənilən bilgilərin möhkəmlənməsi üçün şərtdir.

Miqren ağrılarının səbəbi yuxusuzluq ola bilər. Yuxusuzluq həm bədəndə, həm də beyində iltihaba səbəb ola bilər. Bu iltihab qısa müddətdə hisslərin fəaliyyətinin pozulmasına, daha çox müddətdə miqren və fibromiyaljiyə, daha uzun müddətdə isə şüurun itirilməsinə və Alzaymer xəstəliyinə yol açar.