Həyat yoldaşını səyahət zamanı tapan Rahidə Səyyah FOTO


Digərləri 24 Mar 2019 19:26:00 332 0

Həyat yoldaşını səyahət zamanı tapan Rahidə  Səyyah  FOTO

Rahidə Hümbətova: "Hər dəfə göy üzündə təyyarə görəndə, "kaş ki, tez böyüyüb, mən də təyyarəyə minib uçsaydım" deyə xəyallar qururdum" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Səyahət bloqu var, orda izləyiciləri onu "Rado" adı ilə tanıyır. 23 ölkədə, 70-dən çox şəhərdə olub. İlk dəfə xaricdə təhsil üçün səyahətə çıxıb. Etdiyi ən uzun müddətli və sonuncu səfəri Yeni Zelandiyayadır. Dünyanı kəşf etməyi, olmadığı yerlərə səyahət etməyi çox istəyir. "Səyyah" rubrikamızın budəfəki qonağı Rahidə Hümbətovadır. İlk olaraq həmsöhbətimiz haqqında qısa məlumat verək.    Rahidə Hümbətova ilk ali təhsilini Azərbaycan Dillər Universitetində alıb, koreya dili üzrə tərcüməçidir. Magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində marketinq üzrə alıb. Təhsil aldığı müddətdə əmək fəaliyyətinə başlayıb və hər iki sahədə çalışıb. Daha sonra "Erasmus" xaricdə təhsil proqramına qoşularaq Çexiyada təhsil alıb. Oxumağı çox sevən həmsöhbətim yenə də təhsil almağı planlayır. Hazırda isə Almaniyada yaşayır və alman dilini öyrənərək orada işləyərək ixtisası sahəsində təcrübə qazanmağı düşünür.    - Maraqlıdır, gəzmək istəyini özünüzdə nə vaxtdan hiss etdiniz?

- Səyahət etmək istəyi məndə uşaq vaxtından olub. Hər dəfə göy üzündə təyyarə görəndə, ona baxıb "kaş ki, tez böyüyüb mən də təyyarəyə minib uçsaydım" deyə xəyallar qururdum (gülür). Yəni bu, sonradan yaranan istək deyil. Dünyanı kəşf etməyi, olmadığım yerlərə səfər etməyi çox istəmişəm. Ona görə də, tələbəlik illərindən layihələrə qoşulurdum, onların vasitəsilə xaricə gedirdim. Elə ilk səfərim də təhsilimlə bağlı olaraq Cənubi Koreyaya oldu. İlk səyahətimdən sonra düşündüm ki, dayanmaq olmaz. Belə səfərləri davam etdirmək lazımdır.

- Səyahətlərinizi hansı aralıqda edirsiniz?

- Açığı, elə bir aralıq yoxdur. Çalışıram fürsət düşdükcə səyahət edim. Ölkəmizdə oxuduğum dövrdə ildə 2-3 dəfə, Çexiyada olanda isə hər ay, hətta, hər həftəsonu harasa səfər edirdim. Amma indi səyahətlərim bir az fərqlidir. Hazırda daha uzaq ölkələrə və daha uzunmüddətli səfərlər edirəm. Yəni hansısa ölkəyə gedəndə bir şəhərlə kifayətlənməyib, bir neçə şəhəri gəzirəm.    - Nə qədər müddətdir səyahət edirsiniz və neçə ölkədə olubsunuz?

- Artıq 6 ildir ki, səyahət edirəm və bu günə qədər 23 ölkədə, 70-dən çox şəhərdə olmuşam. Hətta, elə zamanlar olub ki, bir yerə bir neçə dəfə getmişəm. Məsələn, İtaliya, Çexiya, Macarıstan kimi ölkələrə bir neçə dəfə səyahət etmişəm. Roma ən sevdiyim şəhərlərdəndir və orada ən azı 3 dəfə olmuşam.

- Getdiyiniz ölkələrin adlarını sadalaya bilərsiniz?

- Səyahətlərimin əksəriyyəti Avropa ölkələrinə olub. Fransa, Almaniya, Çexiya, İtaliya, Avstriya, Macarıstan, Belçika, Xorvatiya, Lüksemburq, Slovakiya, Hollandiya, Malta, Yunanıstan, Polşa, İsveç, İsveçrə, Rumıniya, İspaniya. Asiya ölkələrindən isə Cənubi Koreya və Tailanda səfər etmişəm. Ən sonuncu səyahətim isə Yeni Zelandiyaya olub.    - Sizin üçün ən yadda qalan ölkə və ya şəhər hansı olub?

- Əslində, hər ölkə özünəxas maraqlı xatirələri ilə yadda qalır. Bu sualı bir ay əvvəl mənə versəydiniz, İsveç və ya İsveçrə deyərdim. Amma indiki cavabım Yeni Zelandiyadır. Çünki ora olan səyahətim hamısını kölgədə qoydu (gülür).   - Yeni Zelandiya hansı xüsusiyyəti ilə yadınızda qalıb?

- Göy üzü, buludları, ulduzları, bütün təbiəti ilə yadda qalan, inanılmaz bir ölkədir. İstərdim hər kəs bir gün ora səyahət etsin. Ora səyahətim zamanı özümü yer üzündə yeni bir planet kəşf etmiş kimi hiss edirdim. Doğrudan da Yeni Zelandiya çox gözəl ölkədir. Tamam başqa aləmdir. İlk dəfə idi səyahət etdiyim bir ölkəni başdan-ayağa gəzirdim. Bir ay gəzdim, amma doymadım. Mümkün olsa, daha bir ay da gəzərdim.   - Maraqlıdır, elə ölkə varmı ki, heç vaxt olmayıbsınız və oranı görmək arzusu ilə yaşayırsınız?

- (Gülür) Bu sual bir az çətindir. Əslində, dünyanın hər yerini gəzmək, görmək istəyirəm. Amma Amerikanı görməyi daha çox istəyirəm. Həmişə səyahət etmək haqqında fikirləşəndə arzularımın şəhəri Nyu-York haqqında düşünürdüm. Ora getməyi arzulayırdım. Lakin hələ də gedib çıxmamışam. Ümid edirəm tez bir zamanda ora da səyahətim baş tutacaq.

- Səyahət edəcəyiniz ölkələri əvvəlcədən araşdırırsınız?


Xəbərə aid fotolar