Ailəsini 17 yaşlı qıza dəyişən, qadınlarla min oyundan çıxan dahi İNANILMAZ FAKTLAR FOTO


Digərləri 24 Mar 2019 19:16:00 97 0

Ailəsini 17 yaşlı qıza dəyişən, qadınlarla min oyundan çıxan dahi  İNANILMAZ FAKTLAR  FOTO

İspan rəssamlıq məktəbinin şah əsəri Pablo Pikassonun həyatı qadınlar üzərində qurulmuşdu.

Sənətşünaslar uzun illər sonra Pablonun ən dəyərli 7 qadınının adını açıqlayıblar.

Son.az dahinin 7 qadını haqda yazını təqdim edir:

Bəli, bir-birindən gözəl qəhrəmanlar rəssamın yaradıcılıq fəzasını daha da genişləndirməyə nail oldular. Amma Pikasso onlara adi qadın xoşbəxtliyini qıymamaqla da qalmadı, çəkdiyi portretlərdə simalarını bədheybətə tay tutdu. Rəssamın bütün münasibətlərinin sonu ilham pərilərinin süi-qəsdə təşəbbüsü, psixoloji xəstəlikləri ilə sonlanırdı.

Pablonun boyu cəmi 158 santimetr idi, amma fantastik enerjisi, əsil kişi xarizması minlərlə qadını maqnit kimi özünə çəkirdi. Çünki bu maqnitin xəmiri alov kimi isti ispan temperamentindən yoğrulmuşdu. Təəssüf ki, rənglər kralının 92 illik ömrü qırıq qadın qəlblərinin çiliklərindən toplanmış pazla bənzəyir.

Fernanda Olivye

O, qadınları iki cəbhəyə bölürdü - ilahələr və ayaq silmək üçün əsgilər. Di gəl ki, həyatına ilahə cildində girən məşuqələrinə ayaqlarını silib atırdı. Pikassonun ac-yalavac gəncliyinin ən parlaq xatirəsi Fernanda Olivyedir. Fernanda keçmişi taleyindən də qaranlıq olan naturaçı idi. Bir rəssamın ağuşundan digərinin yatağına qonan gənc model 10 il boyunca Pablonun mələyinə çevrildi. Fernanda Pablonun boz ac dünyasını çılpaq, ilıq çəhrayıya boyadı. Olivye bəzən saatlarla eyni pozada çılpaq durub rəssamın əsərlərinin yaranmasına vəsilə olurdu. Hətta ayaqqabı almağa pulları olmadığından aylarla evdən çıxa bilmirdi. Yenə də səfil rəssamına sitəm etmirdi. Bir qarnı ac, bir qarnı tox cütlüyün yeganə təsəllisi seks idi. Amma alovlu ehtiras da bir gün iki yol ayrıcında sönür. Pablo özünə Marsel Umber adlı daha gənc gözəlçə tapır. Fernanda isə polşalı rəssama aşiq olur.

Marsel Umber (Yeva)

Marsellə Pablo 1911-ci ildə Parisin "Ermitaj" kafesində tanış olmuşdular. Zərif Marseli görən kimi Pablo onu Yeva (Həvva) adlandırır. Bununla həm də həyatının ilk qadını olduğunu vurğulamaq istəyir. Artıq Pablo Pikasso imzası kifayət qədər tanınır, rəssam yüksək məbləğə sifarişlər götürürdü. Marsel bəstəboy, sakit təbiətli, incə qız idi, yəni Fernandanın tam əksi...Rəssam bütün əsərlərində onu hava kimi yüngül, hətta çəkisiz təsvir edirdi. Hətta çox vaxt skripka və gitara obrazına da bənzədirdi.

Pikassonun Yevaya həsr etdiyi əsərlərdə qadın gözəlliyi olduqca şəffaf və su kimi təmizdir. Marsel rəssamın səmasında parlayıb, tez sönən ən parlaq ulduz idi. Elə gənc ikən vərəmə yoluxan Yeva dünyasını dəyişməklə qalmayıb, sevimli rəssamının da dünyasını büsbütün yeniləyir.

Olqa Xoxlova - ilk rəsmi arvadı

Bəli... Pablonun ilk rəsmi xanımı rus əsilli Olya olub. Olya ona Həvva məhəbbətini də unutmağa yardım edib. Onların tanışlığının da qəribə tarixçəsi var. Belə ki, Pablo yazıçı Jan Kokto ilə yaxın dost idi. Günlərin bir günü Kokto gənc dostuna "Parad" baleti üçün dekorasiya qurmağı təklif edir. İş əsnasında özünün "Koklova" adlandırdığı rus balerina ilə tanış olur. 27 yaşlı balerina nikahı sənətindən üstün tutaraq səhnədən gedir. 1918-ci ildə cütlük ailə qurur. Bir müddət sonra Pablo evlilik qərarına, xüsusən də pravoslav məbədində əbədi sevgiyə and içməyinə özü də təəccüblənirdi. Toydan sonra Pablo Olqanı İspaniyaya aparıb valideynləri ilə tanış edir. Qısa müddətdə həyat yoldaşına Parisdə çox gözəl ev alır. Pablo arvadına elə heyran idi ki, onu tanrının hədiyyəsi adlandırır, hətta bohem həyat tərzi ilə vidalaşmağa qərar vermişdi. İlahi sevginin əsas səbəblərindən biri də Olyanın ailə quranda bakirə olması idi. Pablo bakirə qızla evləndiyi üçün duyduğu qüruru hər kəslə paylaşırdı.

Amma hadisələr öz axarından başqa məcraya yönəlir. Xoxlova ərini nümunəvi həyat yoldaşı, bahalı salonların tələb olunan sifarişli rəssam obrazında görmək istəyirdi. Hətta bunun üçün əlindən gələn hər şeyi edirdi. Dahi ərinin barmaqlarından axan kubizmini inkar edirdi. Pikasso xanımının bakirəliyi ilə qürurlansa da, onu qəfəsə salıb açarını gizlətməyini lənətləyirdi. Bəli Olqa Pabloya maddi təminat, qızıl kisəsi nəzərində baxırdı. Bu məqam onları bir-birindən uzaqlaşdırırdı. Hətta 1921-ci ildə doğulan övladları cütlüyün can verən eşqini dirildə bilmir. Amma atalıq hissi Pablonun damarına işləmişdi. Günlərlə fasiləsiz arvadını və körpəsini təsvir edə bilərdi.

Darıxdırıcı, ölümcül həyat dahini tez bezdirdi. Uğursuz ittifaqa görə arvadını günahlandıran rəssam onu bədheybət qarı obrazında çəkir, bununla da ürəyi soyumurdu, uzun iti dişlər, sallanan döşlər, böyük cinsiyyət orqanı ilə də bəzəyirdi. Pablo bu qəbildən olan silsilə portetlər çəkib. Hər biri Olqaya olan nifrətinin bir zərrəsidir.


Xəbərə aid fotolar

Səbaildə dənizə düşən şəxs xilas edilib like
  • 24 Mar 19:15  
Digərləri Səbaildə dənizə düşən şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib.

arrow Ətraflı
Keçmiş prezident evini 80 dollara kirayəyə verir like
  • 24 Mar 18:56  
Dünya Keçmiş prezident evini 80 dollara kirayəyə verir

Gürcüstanın sabiq prezidenti şəxsi kottecini günü 80 dollardan kirayəy

arrow Ətraflı
Enən təyyarəni ildırım vurdu like
  • 24 Mar 18:50  
Dünya Enən təyyarəni ildırım vurdu

Rusiyada "Pobeda" aviaşirkətinin təyyarəsini ildırım vurub.

arrow Ətraflı
"Kara sevda"nın "Asu"su ayrılıq iddialarına cavab verdi like
  • 24 Mar 18:47  
Digərləri "Kara sevda"nın "Asu"su ayrılıq iddialarına cavab verdi

Aktrisa Melisa Aslı Pamukun aktyor sevgilisi Tolqa Saladan ayrıldığı iddia

arrow Ətraflı
Tarlanın ortasında pivə dolu soyuducu tapdılar  FOTO like
  • 24 Mar 18:43  
Digərləri Tarlanın ortasında pivə dolu soyuducu tapdılar FOTO

Hər cür möcüzə görmüşdük, tarlanın ortasında pivə dolu soyuducu tap

arrow Ətraflı
Kişi arvadını öldürmək üçün təyyarəni öz evinə çırpdı  VİDEO like
  • 24 Mar 18:36  
Dünya Kişi arvadını öldürmək üçün təyyarəni öz evinə çırpdı VİDEO

Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evi

arrow Ətraflı
Paşinyan Baxtadze ilə görüşüb like
  • 24 Mar 18:30  
Dünya Paşinyan Baxtadze ilə görüşüb

Ermənistanın xarici işlər naziri Nikol Paşinyan gürcü həmkarı Mamuko Ba

arrow Ətraflı
Soçidə enən təyyarəni ildırım vurub like
  • 24 Mar 18:20  
Digərləri Soçidə enən təyyarəni ildırım vurub

Rusiyada "Pobeda" aviaşirkətinin təyyarəsini ildırım vurub.

arrow Ətraflı
Macarıstanda saxlanılan şəxs İŞİD terrorçusu çıxdı like
  • 24 Mar 18:11  
Dünya Macarıstanda saxlanılan şəxs İŞİD terrorçusu çıxdı

Hələ Yeni il ərəfəsində Macarıstanda ölkəyə saxta sənədlərlə daxil

arrow Ətraflı
Botsvanalı kişi həyat yoldaşını öldürmək məqsədilə öz evinə təyyarəni çırpıb (VİDEO) like
  • 24 Mar 18:07  
Digərləri Botsvanalı kişi həyat yoldaşını öldürmək məqsədilə öz evinə təyyarəni çırpıb (VİDEO)

Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evi

arrow Ətraflı
İndoneziyada ilk metro xətti açıldı like
  • 24 Mar 18:05  
Dünya İndoneziyada ilk metro xətti açıldı

İndoneziyada ölkənin ilk metropoliten xətti istifadəyə verilib.

arrow Ətraflı
Bütün paylaşımlarını sildi like
  • 24 Mar 17:52  
Digərləri Bütün paylaşımlarını sildi

Dünyaca məşhur aktrisa Keyt Bekinseyl etdiyi hərəkətlə gündəmə gəlib.

arrow Ətraflı
Tarkan 5 milyondan imtina etdi  FOTO like
  • 24 Mar 17:45  
Digərləri Tarkan 5 milyondan imtina etdi FOTO

Türkiyənin məşhur ulduzu Tarkana reklam təklifi gəlib. 

arrow Ətraflı
Afrikada qasırğa nəticəsində ölənlərin sayı 761 nəfərə çatdı  VİDEO  FOTO like
  • 24 Mar 17:32  
Dünya Afrikada qasırğa nəticəsində ölənlərin sayı 761 nəfərə çatdı VİDEO FOTO

Mozambik, Zimbabve və Malavidə "İdai" tropik qasırğası nəticəs

arrow Ətraflı
Tonlarla balıq yola səpələndi  VİDEO like
  • 24 Mar 17:26  
Dünya Tonlarla balıq yola səpələndi VİDEO

Rusiyanın Kamçatka diyarında səkkiz tona yaxın balıq tullantısı yola sə

arrow Ətraflı